İspaniyanın "Valyadolid" klubu Madrid "Real"ından ayrılan Xavi Sançeslə rəsmi müqavilə imzalayıb.
 
Matc.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
Xəbərdə tərəflərin 4 illik müqaviləyə imza atdığı diqqətə çatdırılıb. 23 yaşlı stoper 2024-cü ilin yayına qədər bu komandanın uğurları üçün çalışacaq.
 
Qeyd edək ki, Xavi Sançes "Valyadolid"ə mövsümün əvvəlində icarə əsasında keçmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest