"Atletiko" İspaniya La Liqasında "Osasuna"nı darmadağın edib – 5:0. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, madridlilərin futbolçusu Yan Oblak sözügedən qarşılaşmada qapısını toxunulmaz saxlayaraq, La Liqanın tarixinə düşüb.
 
Belə ki, sloveniyalı futbolçu 100 "quru oyun" seriyasına ən tez çatan qapıçı olub. O, buna 182 oyunda nail olub.
 
Oblak 2014-cü ildən "Atletiko"nun formasını geyinir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest