Futbol üzrə Türkiyə kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçirilib.
 
Matc.az xəbər verir ki, sonuncu oyun günündə də bir görüş baş tutub.
 
İkinci finalçının adına "Alanyaspor" – "Antalyaspor" matçında aydınlıq gəlib. Səfərdə bu rəqibini minimal hesabla məğlub etmiş Alanya təmsilçisi doğma meydanda darmadağınla qalib gələrək həlledici oyunda iştirak hüququ qazanıb.
 
Xatırladaq ki, daha öncə "Fənərbaxça"nı hər iki oyunda məğlub edən "Trabzonspor" finala yüksəlmişdi. Beləliklə, həlledici oyunda "Trabzonspor"la "Alanyaspor" üz-üzə gələcək.
 
Türkiyə kuboku
Yarımfinalın cavab oyunları
 
16 iyun
 
Fənərbaxça – Trabzonspor 1:3 (ilk oyun 1:2)
Qol: D.Turuc, 42 – Sorlot, 6; 83. Novak, 90+4.
 
18 iyun
 
Alanyaspor – Antalyaspor 4:0 (1:0)
Qol: Sisse, 15; 46; 49. C.Gülselam, 25. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest