Almaniya II Bundesliqasında XV tura start verilib. Matç.az saytının məlumatına görə, açılış oyununda Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun şərəfini qoruduğu "Aue" meydana çıxıb.

Komanda doğma azarkeşləri önündə "Reqensburq"u qəbul edib. Tərəflər ilk hissədə hərəyə bir dəfə fərqləniblər və görüş 1:1 hesabı ilə başa çatıb. Start heyətində meydana daxil olan Nazarov 26-cı dəqiqədə sarı vərəqə alıb və fasilədən dərhal sonra əvəzlənib.

Qeyd edək ki, bu nəticədən sonra "Aue" 15 xalla turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest