Rusiyanın "Spartak" klubunun direktoru Tomas çorn əvəzedici komandaya göndərilən azərbaycanlı futbolçu Ayaz Quliyevlə bağlı açıqlama verib.
 
Matc.az xəbər verir ki, klub rəsmisi, Quliyevin əsas heyətə qayıtmaq ehtimalı ilə bağlı danışıb:
 
"Biz "Spartak" olaraq böyük bir ailəyik. Ayaz müvəqqəti olaraq "Spartak-2"-yə göndərilib. Bu, onun əsas komandaya qayıtmayacağı mənasına gəlmir. Həmçinin, bu, onun komandada kiminləsə mübahisə etdiyini də bildirmir. Vəziyyəti Quliyevlə müzakirə edəcəyik".
 
Ayaz Quliyev nizam-intizam qaydalarını pozduğu üçün əvəzedici heyətə göndərilib. O, məşq vaxtı fiziki hazırlıq üzrə məşqçi Vladimir çipzanoviçlə münaqişəyə girdiyi üçün belə cəzaya məruz qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest