Futbol üzrə İspaniya La Liqasında 30-cu tura yekun vurulub.
 
Matc.az xəbər verir ki, sonuncu oyun günündə üç qarşılaşma keçirilib.
 
"Selta" "Alaves"lə, "Valensiya" isə "Osasuna" ilə ev oyunundan inamlı qələbə ilə ayrılıb.
 
Madrid "Real"ı 30-cu tur çərçivəsində "Real Sosyedad"ın qonağı olub. Bu oyunda qalib gələn paytaxt klubu "Barselona"nın xal itirməsindən maksimum yararlanıb və zirvəyə yüksəlib.
 
İspaniya La Liqası
30-cu tur
19 iyun
 
Qranada – Vilyarreal 0:1
Qol: Moreno, 11.
 
Malyorka – Leqanes 1:1
Qol: Sevilya, 9 – Oskar, 87.
 
Sevilya – Barselona 0:0
 
20 iyun
 
Espanyol – Levante 1:3
Qol: D.Lopes, 28 – Mayoral, 14. Bardi, 67. Pedrosa, 87-öz qapısına.
 
Atletik – Betis 1:0
Qol: Martines, 7.
 
Xetafe – Eybar 1:1
Qol: Etebo, 30 – çarles, 45+6.
 
Atletiko – Valyadolid 1:0
Qol: Vitolo, 81.
 
21 iyun
 
Selta – Alaves 6:0
Qol: Murilyo, 14. Aspas, 20. Rafinya, 40; 41. Nolito, 78. Mina, 86.
 
Valensiya – Osasuna 2:0
Qol: Quedes, 12. Rodriqo, 35.
 
Real Sosyedad – Real 1:2
Qol: Merino, 83 – S.Ramos, 50-pen. Benzema, 70.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest