"Qarabağ" klubu üç futbolçusu ilə vidalaşıb. 
 
Matc.az Ağdam təmsilçisinin rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, ölkə çempionu qapıçı Vaqner da Silva, müdafiəçilər Ailton Silva və Faysal Rerrasla yollarını ayırıb. 
 
Qeyd edək ki, Vaqner da Silva 2018-ci ildən, Ailton və Faysal isə bu mövsümün əvvəlindən "Qarabağ"ın formasını geyinib. Ağdam təmsilçisi daha öncə hücumçu Maqaye Qeye ilə vidalaşıb. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest