Futbol üzrə Xorvatiya çempionatında 2019/20 mövsümünün qalibi müəyyənləşib.
 
Matc.az xəbər verir ki, Zaqrebin "Dinamo" klubu sona 6 tur qalmış çempionluğunu rəsmiləşdirib.
 
Turnir cədvəlində 72 xalla lider olan "Dinamo" ən yaxın izləyicisi "Qoritsa"nı 19 xal qabaqlayır.
 
Paytaxt təmsilçisi tarixində 21-ci dəfə Xorvatiya çempionu adını qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest