Dünyanın futbol üzrə ən gənc baş məşqçilərin çalışdığı ölkələr bəlli olub. Matc.az xəbər verir ki, bu barədə Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CIES) bildirir.  
 
Araşdırma 79 ölkənin 110 liqası üzrə aparılıb. Siyahıda Azərbaycan Premyer Liqası da yer alıb. çempionatımızda mütəxəssislərin orta yaş həddi 42.20 olduğu açıqlanıb. Premyer Liqamız bu göstəriciyə görə ikinci sırada qərarlaşıb.
 
Ən gənc baş məşqçilər isə Estoniyadadır - 40.97. üçüncü yerdə 42,33 yaşla Farer adaları qərarlaşıb. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest