"Nyukasl" "Latsio"nun hücumçusu Ciro Immobile ilə maraqlanır. Matc.az "Gazzetta dello Sport"a istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi növbəti mövsümdən heyəti gücləndirməkdə iddialıdır.

Məlumata görə, yeni rəhbərlik "Nyukasl"da iddialı bir heyət formalaşdırmaq niyyətindədir. Bu səbəbdən də "ağ-qaralar" İtaliya millisinin üzvünü heyətə cəlb etmək istəyir.

Roma klubunun isə İmmobile üçün 135 milyon avro tələb etdiyi bildirilir.

Qeyd edək ki, 30 yaşlı hücumçunun "Latsio" ilə müqaviləsi  2023-cü ilin yayına qədərdir. O, cari mövsüm A Seriyasında 26 matç keçirib və 27 qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest