"Mançester Siti"nin hücumçusu Serxio Aquero dizindən əməliyyat olunub.
 
Matc.az xəbər verir ki, Premyer Liqanın XXX turunda "Bernli" ilə qarşılaşmada zədələnən 32 yaşlı forvardın tezliklə bərpa prosesinə başlanılacaq. Həkimlər onun çempionlar Liqası başlayana qədər hazır olacağını düşünürlər.
 
Qeyd edək ki, "Mançester Siti" çL-nin 1/8 final mərhələsinin cavab oyununu avqustda "Real"a qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest