Futbol üzrə Niderland çempionatında yeni mövsümün başlayacağı tarix müəyyənləşib.
 
Matc.az xəbər verir ki, Erediviziyada yeni mövsümə sentyabrın 12-də start veriləcək.
 
Sentyabrdan oyunlarda azarkeşlərin iştirakına da icazə veriləcək. Lakin bunun üçün oturacaqlar arasında 1,5 metr məsafə olmasının məcburi olduğu qeyd olunub.
 
Erediviziyada cari mövsüm koronavirus səbəbiylə ləğv edilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest