İtaliya A Seriyasının 27-ci turu çərçivəsində "Roma" "Sampdoriya"ya 2:1 hesabı ilə qalib gəlib.
 
Matc.az xəbər verir ki, "canavarlar"ın hər iki qolunun müəllifi olan Edin Dzeko adını klubun tarixinə yazdırıb.
 
Belə ki, 34 yaşlı futbolçu, bütün turnirlərdə "Roma" üçün vurduğu qolların sayını 104-ə çatdırıb. Bu göstərici ilə o, sabiq futbolçu Pedro Manfrediniyə şərik olaraq, komandanın heyətində ən çox qol vuran 5-ci futbolçu olub.
 
"Roma"nın ən çox qol vuran futbolçusu Françesko Tottidir. Sabiq futbolçu paytaxt klubunun heyətində 307 qolla yadda qalıb. İkinci sırada 138 qolla Roberto Pruzzo, üçüncüdə Amedeo Amadei (111), dördüncü sırada isə Rodolfo Volk (106) qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest