Fransa çempionatında mübarizə aparan "Monako" klubunun kollektivi koronavirus testindən keçirilib.
 
Matc.az xəbər verir ki, növbəti mövsümə hazırlıq öncəsi götürülən analizlər nəticəsində üç futbolçuda koronavirus aşkarlanıb.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Həmin oyunçuların adları açıqlanmır. Amma iki futbolçunun daha öncə koronavirusa yoluxduğu və hazırda onların tam sağaldığı bildirilir. Yalnız bir oyunçuda aktiv yoluxma qeydə alınıb, amma onda da heç bir simptom olmadığı qeyd olunur. Həmin futbolçu həkimlərin nəzarəti altında iki həftəlik karantinə alınıb.
 
Qeyd edək ki, "Monako" koronavirus pandemiyasına görə yarımçıq dayandırılan Fransa çempionatının 2019/20 mövsümündə 9-cu pilləni tutub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest