"Bu, inanılmazdır. Kenni Dalqlişin bizə nə qədər dəstək olduğunu bilirəm. Bu çempionluğu ona və 30 ildir gözləyən Stiven Cerrarda həsr edirik"

"Liverpul"un baş məşqçisi Yurgen Klopp çempionluq hisslərini bölüşüb. Matc.az xəbər verir ki, almaniyalı mütəxəssis futbolçuları ilə fəxr etdiyini bildirib:

"Bu, inanılmazdır. Kenni Dalqlişin bizə nə qədər dəstək olduğunu bilirəm. Bu çempionluğu ona və 30 ildir gözləyən Stiven Cerrarda həsr edirik. Oyunçular onlarla fəxr edir. Bu isimlərin hesabına futbolçuları əlavə motivasiya etməyə ehtiyac olmur. "Mançester Siti"nin oyunu çox gərgin idi. özümü ələ almaq istəyirdim, amma mümkün olmurdu. Bu, oyunçularım üçün inanılmaz bir uğurdur və onların məşqçisi olmaqdan çox məmnunam. Düzdür, mən bu kuboku 30 il gözləməmişəm. Ancaq 4 ildir buradayam, nəhayət bu uğuru qazandıq. Ciddi nəticədir. Xüsusən də 3 aylıq fasilənin ardından eyni cür çıxış etmək vacib idi. "Kristal Pelas"la görüş (4:0) hər şeyin yaxşı olacağına işarə idi. Azarkeşlər bunu bir daha hiss etdi. Evdə olsalar da, çempionluqdan məmnundurlar".

Qeyd edək ki, "Mançester Siti"nin dünən "çelsi"yə məğlub olmasının ardından (1:2) "Liverpul" mövsümün  sonuna 7 tur qalmış çempionluğunu elan edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest