"Yuventus"un futbolçusu Kristiano Ronaldo A Seriyasının 28-ci turu çərçivəsində "Leççe"yə qarşı keçiriləcək görüşü buraxa bilər. 

Matc.az, "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, komandanın baş məşqçisi Mauritsio Sarri oyunçuya istirahət verməyi düşünür.

Bildirilir ki, italiyalı mütəxəssis müdafiədəki problemləri də nəzərə alaraq, bu axşamkı oyunda Blez Matuidiyə şans vermək niyyətindədir

Qeyd edək ki, "Yuventus" - "Leççe" matçı saat 22.45-də başlayacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest