"çelsi"nin qapıçısı Kepa Arrisabalaqa karyerasını İspaniyada davam etdirə bilər. Matc.az xəbər verir ki, "Valensiya" qolkiperin xidmətində maraqlıdır.
 
Kepanı La Liqa klubuna "çelsi" rəhbərliyi təklif edib. Londonlular onu sonradan almaq öhdəliyi ilə "yarasalar"a 2 illik icarəyə vermək niyyətindədir.
 
Qeyd edək ki, 2018-ci ildə "çelsi"yə keçən qapıçı "Atletik"dən 80 milyon avroya transfer olunub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest