Türkiyənin "Fənərbaxça" klubu ciddi itkiylə üzləşib.
 
Matc.az xəbər verir ki, "bülbüllər"in futbolçusu Mehmet Ekici zədələnib.
 
Bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb. Türkiyə Super Liqasının 29-cu turunun "Yeni Malatyaspor"la matçında (3:2) zədələnən 30 yaşlı yarımmüdafiəçinin 3-4 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib. O, aldığı zədə səbəbindən matçın 76-cı dəqiqəsində əvəzlənmək məcburiyyətində qalmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest