İcarə əsasında "Borusiyya"da çıxış edən Əşrəf Hakimi karyerasını "İnter"də davam etdirməyə yaxındır. Matc.az xəbər verir ki, İtaliya klubunun idman direktoru Cuzeppe Marotta da transferi təsdiqləyib.

O bildirib ki, Hakimin müqavilə ilə məxsus olduğu "Real"la danışıq aparırlar. Klub rəsmisi yaxın günlərdə hər şeyin dəqiqləşəcəyini sözlərinə əlavə edib.

"İnter" 21 yaşlı müdafiəçi üçün Madrid təmsilçisinə 40 milyon avro ödəyəcək.

Qeyd edək ki, mərakeşli oyunçu cari mövsüm Bundesliqada 33 matçda 5 qol vurub və 11 məhsuldar ötürmə edib.  

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest