Futbol üzrə İtaliya B Seriyasında sona yeddi tur qalmış birinciliyi təmin edən "Benevento" eyni zamanda növbəti mövsümdən A Seriyasında mübarizə aparmaq hüququ qazanıb.
 
Matc.az xəbər verir ki, Filippo İnzaqinin çalışdırdığı sözügedən komanda 31-ci tur çərçivəsində "Yuve Stabio" ilə ev oyunundan 1:0 hesablı qələbə ilə ayrılıb.
 
31 oyuna 76 xal toplayan "Benevento" artıq bütün rəqibləri üçün əlçatmaza çevrilib. Sözügedən komandanın əsas izləyicisi "Krotone"nin 52 xalı var.
 
"Benevento" tarixində ikinci dəfə A Seriyasında oynamaq hüququ əldə edir. Bu klub ilk dəfə 2017/18 mövsümündə elitada mübarizə aparıb, amma sonuncu yeri tutaraq yenidən B Seriyasına yuvarlanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest