"Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə təyinatla bağlı AFFA tərəfindən danışıq aparılan mütəxəssislərin siyahısında bir neçə digər namizədlərlə yanaşı, Roy Kin də var"

Bu sözləri matc.az saytına AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla yığmamızın başına əfsanəvi futbolçu Roy Kinin keçəcəyi barədə çıxan iddialara münasibət bildirərkən deyib. Qrum rəsmisi irlandiyalı mütəxəssisə müqavilə təklif edildiyi yönündə çıxan xəbərləri isə təkzib edib:

"Bir müddət öncə də xəbər verdiyimiz kimi, hazırkı situasiya, bütün dünyada pandemiya ilə əlaqədar yaranmış qeyri-müəyyən vəziyyət nəzərə alınaraq, hələ ki hər hansı namizədin müzakirə üçün İcraiyyə Komitəsinə təqdim olunması və müqavilə şərtlərinin tam olaraq dəqiqləşdirilərək yekunlaşdırılması mümkün olmayıb".

Qeyd edək ki, nüfuzlu "The Sun" nəşri AFFA-nın Roy Kinlə təmasa keçdiyini və 48 yaşlı mütəxəssisin iki gün içində qərarını verəcəyini yazıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest