Almaniyanın "Auqsburq" klubu heyətini üç yeni futbolçuyla gücləndirib.
 
Matc.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
"Auqsburq" "Şalke"dən müdafiəçi Daniel Kaliqiuri, "Union Berlin"dən qapıçı Rafal Gikeviç və "Borussiya"dan (Münhenqladbax) yarımmüdafiəçi Tobias Ştroblu transfer edib. Ştroblla müqavilə 2023-cü ilin, digər iki futbolçu ilə isə 2022-ci ilin yayına qədər nəzərdə tutulub.
 
"Auqsburq" Bundesliqada mövsümü 15-ci sırada tamamlayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest