İspaniyanın "Valensiya" klubunun müdafiəçisi Esekyel Qaray La Liqa təmsilçisindən ayrılıb.
 
Matc.az xəbər verir ki, bu barədə argentinalı futbolçu sosial şəbəkə hesabında məlumat yayıb.
 
33 yaşlı oyunçu 2016-cı ildən şərəfini qoruduğu klubun azarkeşləri, eləcə də komanda yoldaşları ilə vidalaşıb.
 
Argentina yığmasının sabiq üzvü karyerası ərzində "Nyuells Old Boyz", "Rasinq", "Real", "Benfika" və "Zenit"də də forma geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest