Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2018-ci ilin kişilər və qadınlardan ibarət rəmzi yığmalarını açıqlayıb. Matç.az saytı xəbər verir ki, qurum bu komandaları dünya ölkələrindəki nümayəndələri arasında keçirdiyi səsvermə nəticəsində müəyyənləşdirib.

Hər iki rəmzi yığmada 4-3-3 sxemi üzrə qurulan "11-lik", baş məşqçi, həmçinin ehtiyat oyunçular yer alıb. Ehtiyatda da qapıçı, 4 müdafiəçi, 3 yarımmüdafiəçi və 3 hücumçunun olması məqsədəuyğun sayılıb.

Kişilər

Qapıçı: Tibo Kurtua (Belçika, çelsi/Real);

Müdafiəçilər: Marselo (Braziliya, Real), Serxio Ramos (İspaniya, Real), Rafael Varan   (Fransa, Real), Dieqo Qodin  (Uruqvay, Atletiko);

Yarımmüdafiəçilər: Luka Modriç (Xorvatiya, Real), Eden Azar (Belçika, çelsi), Antuan Qrizmann (Fransa, Atletiko);

Hücumçular: Lionel Messi   (Argentina, Barselona), Kriştianu Ronaldo (Portuqaliya, Real/Yventus), Kilian Mbappe   (Fransa, PSJ);

Ehtiyat oyunçular: qapıçı - Uqo Loris (Fransa, Tottenhem); müdafiəçi - Kieran Tripye (İngiltərə, Tottenhem), Virgil Van Diyk (Hollandiya, Liverpul), Coşua Kimmix (Almaniya, Bavariya), Xordi Alba (İspaniya, Barselona); yarımmüdafiəçilər – Nqolo Kante (Fransa, çelsi), Pol Poqba (Fransa, MY), Kevin De Bruyne (Belçika, MS); hücumçular – Məhəmməd Salah (Misir, Liverpul), Neymar (Braziliya, PSJ), Hari Keyn  (İngiltərə, Tottenhem);

Baş məşqçi: Didye Deşam (Fransa).

Qadınlar

Qapıçı: Sara Buhaddi (Fransa, Lion);

Müdafiəçilər: Lusi Bronz  (İngiltərə, Lion), Vendi Renar (Fransa, Lion), Saki Kumaqai (Yaponiya, Lion), Amel Majri (Fransa, Lion);

Yarımmüdafiəçilər: Amandin Anri (Fransa, Lion), Cenifer  Marojan (Almaniya, Lion), Marta (Braziliya, Orlando);

Hücumçular: Pernil Harder (Danimarka, Volfsburq), Ada Heqerberq (Norveç, Lion), Aleks Morqan (ABŞ, Orlando);

Ehtiyat oyunçular: qapıçı - Almut Şult (Almaniya, Volfsburq); müdafiəçilər – Qric Mbok (Fransa, Lion), Nilla Fişer (İsveç, Volfsburq), Stefani Hyuton (İngiltərə, MS), Kadeyşa Bukanan (Kanada, Lion); yarımmüdafiəçilər - Meqan Rapono (ABŞ, Sietl), Yuki Naqasato (Yaponiya, çikaqo), Aleksandra Pop (Almaniya, Volfsburq); hücumçular - Like Martens (Hollandiya, Barselona), Samanta Ker (Avstraliya, çikaqo), Eugeni Le Sommer (Fransa, Lion);

Baş məşqçi: Reynald Pedros (Fransa, Lion).

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest