"Roma" klubu erməni futbolçusu Henrix Mxitaryanla yeni müqavilə imzalayıb.
 
Matc.az xəbər verir ki, paytaxt klubu, "Arsenal"dan icarəyə götürdüyü 31 yaşlı futbolçuyla müqavilənin müddətini mövsümün sonunadək uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat verib.
 
"Roma"yla müqaviləsi iyununda sonunda bitən Mxitaryan azı mövsümün sonunadək "canavarlar"ın şərəfini qoruyacaq.
 
Mxitaryan ötən ilin sentyabrından icarə əsasında "Roma"da çıxış edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest