AFFA-nın Hakimlər Komitəsi 2020/2021-ci il mövsümündə Azərbaycan Premyer Liqası və I divizionda fəaliyyət göstərəcək bir neçə yeni referi və referi köməkçisini təsdiqləyib. 
 
Matc.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, mingəçevirli referi Rəşad Əhmədov Premyer Liqaya cəlb olunub. 
 
Kamran Bayramov isə elitada referi köməkçisi funskiyasını yerinə yetirəcək. 
 
Premyer Liqa, referi:
Rəşad Əhmədov
 
Premyer Liqa, referi köməkçisi:
Kamran Bayramov
 
I divizion, referi:
Tural Qurbanov
 
I divizion, referi köməkçiləri:
Hidayət Feyzullayev
Tərlan Talıbzadə
Vüsal Məmmədov

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest