"Hesab edirəm ki, biz Azərbaycanla eyni qrupa düşsək yaxşı olar. Ən azı bəzi polşalılar məni də ziyarət edər"

AVRO-2020-nin seçmə mərhələsinin bu gün keçiriləcək püşkatma mərasimi bütün qitənin diqqət mərkəzindədi. Matç.az saytı xəbər verir ki, Azərbaycan klublarında çıxış edən legionerlər də İrlandiyanın paytaxtı Dublindəki tədbirə biganə deyil.

"Qarabağ"ın polşalı müdafiəçisi Yakub Jezniçak püşklə bağlı istəyini dilə gətirib. Polşa yığmasının sabiq futbolçusu sosial şəbəkədəki paylaşımında həmyerlilərini Azərbaycan millisinə rəqib görmək istədiyini bəyan edib.

O, bunun həmyerliləri ilə görüşmək şansı olduğunu düşünür: "Hesab edirəm ki, biz Azərbaycanla eyni qrupa düşsək yaxşı olar. Ən azı bəzi polşalılar məni də ziyarət edər".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest