"Barselona"nın bir neçə futbolçusu komandanın sabiq üzvü Xavi Hernandesin baş məşqçi gətirilməsini tələb edir.

Matc.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, hazırda Qətərin "Əl Sadd" klubunu çalışdıran gənc mütəxəssis növbəti mövsümdən Kataloniya təmsilçisinin başına keçə bilər.

Bildirilir ki, Xavi Kike Setyen vəzifədə olduğu üçün rəhbərliklə danışıq armaq istəmir. Bununla yanaşı, o, "Barselona"da prezidentliyə namizəd Viktor Fontun rəhbərliyə gəlməsini dəstəkləyir.

Ancaq komandada işlərin yaxşı getməməsi onun daha tez vəzifəyə gəlməsinə səbəb ola bilər. Bu səbəbdən də seçkilərin nəticəsindən asılı olmayaraq, Xavinin növbəti mövsümdən "Barselona"nın baş məşqçisi olacağı vurğulanıb.

                

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest