"Barselona"nın hücumçusu Lionel Messi komandadan ayrılmağı düşünür.
 
Matc.az "Cadena SER"-ə istinadən xəbər verir ki, argentinalı futbolçu, Kataloniya klubu ilə müqavilənin müddətini uzatmaqla bağlı apardığı danışıqları dayandırıb.
 
Futbolçunun yaxınlarına "Barselona"dan ayrılmaq istədiyini, klubla bağlı yayılan söz-söhbətlərdən bezdiyini dediyi bildirilir. Onun komandanın son vaxtlardakı uğursuz çıxışından və klubun uğurlu layihəsinin olmamasından şikayətləndiyi deyilir.
 
Messinin "Barselona" ilə müqaviləsini 2023-cü ilədək uzatmaqla bağlı razılığa yaxın olduğu bildirilirdi. Onun klubla hazırkı müqaviləsi 2021-ci ilin yayında başa çatır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest