"Neftçi" ilə yollarını ayıran Baqali Dabonun yeni iş yeri müəyyənləşib.
 
Matc.az xəbər verir ki, fransalı hücumçu öncədən də gözlənildiyi kimi, Kiprin "Apollon" klubuna transfer olunub.
 
Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb. Onun sözləşməsi 2022-ci ilin mayınadək nəzərdə tutulub. 32 yaşlı forvard yeni komandasında 11 nömrəli formanı geyinəcək.
 
Qeyd edək ki, Baqali Dabo "Apollon"a azad agent kimi keçib. O, Azərbaycanda "Neftçi"dən öncə "Qəbələ"də də çıxış edib.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest