Futbol üzrə Latviya çempionatında 5-ci turun oyunları keçirilib.
 
Matc.az xəbər verir ki, azərbaycanlı hücumçu Vüqar Əsgərovun formasını geyindiyi "Dauqavpils" də növbəti oyununa çıxıb.
 
Sözügedən kollektiv səfərdə "Riqa" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:3.
 
Cari mövsümdə bir qol vurmuş millimizin sabiq forvardı bu oyunun iştirakçısı olmayıb. Onun adı matçın iştirak ərizəsinə də daxil edilməyib.
 
5 turdan sonra 6 xalı olan "Dauqavpils" 10 kollektiv arasında 7-cidi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest