Türkiyənin "Dənizlispor" klubunun yeni baş məşqçisi müəyyənləşib.
 
Matc.az xəbər verir ki, Super Liqa təmsilçisi "Neftçi"nin sabiq futbolçusu Levent Kartopa həvalə olunub.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. O, bir gün öncə istefaya göndərilən Bülent Uyğunu əvəz edib. 40 yaşlı mütəxəssisin qarşısına komandanı Super Liqada saxlamaq vəzifəsi qoyulub.
 
"Dənizlispor"un yetirməsi olan, sonralar da iki dəfə bu komandaya qayıdan Levent Kartop 2008-ci ildə "Neftçi"də oynayıb. Onun məşqçi kimi son iş yeri isə "Diyarbəkirspor" olub.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest