"Lester Siti" İngiltərə Premyer Liqasının 33-cü turu çərçivəsində "Kristal Pelas"a 3:0 hesabıyla qalib gəlib.
 
Matc.az xəbər verir ki, bu oyun "Lester Siti"nin futbolçusu Ceymi Vardi üçün əlamətdar olub.
 
Belə ki, bu oyunda komandasının 2-ci və 3-cü qollarının müəllifi olan 33 yaşlı hücumçu, klubun heyətində Premyer Liqada vurduğu qolların sayını 101-ə çatdırıb. Bununla da, Vardi "Lester Siti"nin heyətində çempionatda 100 qol həddinə çatan ilk futbolçu olub.
 
İngiltərəli futbolçu 2012-ci ildən "Lester Siti"nin şərəfini qoruyur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest