Futbol üzrə Rusiya Premyer Liqasında 26-cı turun oyunları keçirilib.
 
Matc.az xəbər verir ki, azərbaycanlı futbolçu Azər Əliyevin formasını geyindiyi "Ufa" da növbəti oyununa çıxıb.
 
Sözügedən komanda doğma meydanda "Ural"la qarşılaşıb. Başqırdıstan təmsilçisi bu oyundan heç-heçə ilə ayrılıb - 1:1.
 
Azər də bu görüşün iştirakçısı olub. O, 79-cu dəqiqədə meydana buraxılıb.
 
"Ufa" 26 oyuna topladığı 33 xalla 16 kollektiv arasında 6-cı pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest