"Beşiktaş"ın prezidenti Ahmet Nur çebinin azərbaycanlı futbolçularla bağlı çağırışı cavabsız qalmayıb.

Matc.az "Fotospor"a istinadən xəbər verir ki, milli komandanın və "Qarabağ"ın hücumçusu Mahir Emreli İstanbul təmsilçisinə təklif olunub.

Xəbərdə futbolçunun kimin tərəfindən təklif olunması bildirilməyib.

Qeyd edək ki, Ahmet Nur çebi "CBC Sport"da yayımlanan "Türkiyədən futbol" verilişində ən yaxşı azərbaycanlı futbolçuları oynatmağa hazır olduqlarını açıqlayıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest