"Səbail"in ukraynalı qapıçısı Aleksandr Rıbka ölkəsinin "zbirna.com" saytına müsahibə verib. Təcrübəli qolkiper Azərbaycan Premyer Liqasının vaxtından əvvəl bitirilməsinə və paytaxt təmsilçisindəki gələcəyindən danışıb.

Matc.az həmin müsahibəni təqdim edir:

-Koronavirus pandemiyası səbəbindən Azərbaycan çempionatının vaxtından əvvəl bitdiyinə təəccübləndin?

-Yox. Vəziyyət elə idi ki, hər şey bu qərara doğur gedirdi. Əlbətdə, çempionatı başa çatdırmaq istədik, amma mövcud durum buna imkan vermədi.

- ölkədə koronavirusla bağlı vəziyyət necədir?

- Vəziyyət yaxşılaşmır. Şəhər yenidən karantindədir. çöldə qısa müddət - maksimum iki saat qala bilirik. Belə qaydalar əvvəllər tətbiq edilmişdi, indi də təkrarlanır. İnsident azalmır, buna görə də karantinin yumşadılması barədə danışılmır.

- özünüz evdə məşq edirsiniz?

- Təlimlər yoxdur, məşq etməyə icazə verilmir. Əlbəttə ki, bu da tətil adlandırıla bilməz. ümumiyyətlə, evdə oturub bacardığım qədər istirahət edirəm.

- Ukraynaya qayıtmağın yolu yoxdur?

- Ukraynaya çarter reysi ilə uçmaq imkanı var. Ancaq klubumuz qəti şəkildə buna qarşıdır, çünki daha bir il müqaviləm var. Əgər ayrılsam, geri dönmək problem olacaq. Hələlik vəziyyət belə görünür. 

- Mövcud vəziyyətlə əlaqədar olaraq müqavilənizin maliyyə şərtləri yerinə yetirilirmi?

- Bu barədə hələ heç nə müzakirə edilməyib. Bildiyimə görə, heç bir dəyişiklik gözlənilmir. Müqavilədə yazılanlar qüvvədə qalacaq.

- "Qarabağ" çempion , "Neftçi" ikinci, "Keşlə" isə 3-cü oldu...

 -Düşünürəm ki, hər şey normaldır. İlk "üçlük"dəki komandalar mövsüm ərzində yaxşı çıxış etmişdilər. Xüsusi ilə də "Keşlə"ni deyərdim.

- Gələcək planlarınız nələrdir? Müqavilənin sonuna qədər Azərbaycanda qalacaqsınız?

-Bəli, karantin yumşaldılana qədər burada gözləyəcəm. ümid edirəm ki, hər şey düzələcək və həyat əvvəlki tərzinə qayıdacaq. Əsas odur ki, insanlar xəstələnməsin və bu virusdan ölməsinlər.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest