İranın aparıcı klublarından olan "İstiqlal"ın 11 futbolçusunda koronavirus aşkarlanıb.
 
Matc.az yerli İRNA agentliyinə istinadən xəbər verir ki, sözügedən klubda bütövlükdə 12 nəfərin koronavirus testinin nəticəsi müsbət çıxıb.
 
Onlardan 11-i futbolçu, biri isə tibb işçisidi. Bu məlumatı komanda üzvlərinin koronavirus testindən keçdiyi Tehrandakı xəstəxanadan da təsdiqləyiblər. "İstiqlal"da bütövlükdə 61 nəfərdən analiz götürülüb ki, bunun da 12-nin nəticəsi müsbət çıxıb. Virusun aşkarlandığı şəxslərin adları açıqlanmayıb.
 
Qeyd edək ki, "İstiqlal" yenidən bərpa olunan İran çempionatında 22 oyuna topladığı 37 xalla 16 kollektiv arasında 6-cı pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest