İtaliyanın "Roma" klubu iki ciddi itkiylə üzləşib.
Matc.az xəbər verir ki, paytaxt klubunun futbolçuları – Davide Santon və Kris Smollinq zədələnib. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.
A Seriyasının 30-cu turunun "Napoli" ilə matçında (1:2) zədələnən hər iki futbolçu 10 gün yaşıl meydanlardan uzaq qalacaq.