Futbol üzrə Türkiyə Super Liqasında 31-ci turun oyunları keçirilir.
 
Matc.az xəbər verir ki, bu gün daha dörd qarşılaşma baş tutub.
 
"Qalatasaray" bu turda çətin "Alanyaspor" səfərinə yollanıb və bu dəfə də xalsız qalıb. üçüncü pillədəki "Sivasspor" evdə "Yeni Malatyaspor"a uduzubsa, turnir cədvəlinin ikincisi "Trabzonspor" bu turda "Antalyaspor"la dueldən xal itkisi ilə ayrılıb. "Göztəpə" – "Ankaragücü" matçında da qalib müəyyənləşməyib.
 
Türkiyə Super Liqası, 31-ci tur
 
7 iyul
 
Gənclərbirliyi – Fənərbaxça 1:1
Qol: Stanku, 60 – E.Belözoğlu, 81.
 
Başakşəhər – Dənizlispor 2:0
Qol: Krivelli, 65. Vişça, 78-pen.
 
8 iyul
 
Sivasspor – Yeni Malatyaspor 0:1
Qol: Akva, 68.
 
Trabzonspor – Antalyaspor 2:2
Qol: Sosa, 15-pen; 43-pen – U.Akyol, 9-pen. Y.Kurtuluş, 66.
 
Alanyaspor – Qalatasaray 4:1
Qol: Sisse, 43; 45+2. Bakasetas, 90. M.Pektemek, 90+6 – A.Büyük, 45+3.
 
Göztəpə – Ankaragücü 2:2
Qol: Vilçek, 26-pen. S.Aydoğdu, 45+1 – Orgill, 17. Q.Rodriqes, 58-pen.
 
9 iyul
 
19:30 Rizəspor – Kayserispor
22:00 Beşiktaş – Kasımpaşa
22:00 Qaziantep – Konyaspor

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest