Futbol üzrə İtaliya A Seriyasında 31-ci turun oyunları keçirilir.
 
Matc.az xəbər verir ki, turun əksər qarşılaşmaları bu gün baş tutub.
 
"Napoli" bu turda "Cenoa" səfərinə yollanıb və çətin qələbəyə sevinib. "Atalanta" doğma meydanda "Sampdoriya"nı iki cavabsız qolla yenib. "Roma" "Parma" ilə oyundan əzmkar qələbəylə ayrılıb. 
 
"Fiorentina" evdə "Kalyari" ilə heç-heçəyə razılaşıbsa, "Bolonya" "Sassuolo"ya məğlub olub.
 
İtaliya A Seriyası
31-ci tur
7 iyul
 
Leççe – Latsio 2:1
Qol: Babakar, 30. Lusioni, 47 – Kaysedo, 5.
 
Milan – Yuventus 4:2
Qol: İbrahimoviç, 62-pen. Kessye, 66. Leao, 67. Rebiç, 80 – Rabiot, 47. Ronaldo, 53.
 
8 iyul
 
Fiorentina – Kalyari 0:0
 
Cenoa – Napoli 1:2
Qol: Qoldaniqa, 49 – Mertens, 45+1. Lozano, 66.
 
Roma – Parma 2:1
Qol: Mxitaryan, 43. Veretu, 57 – Kuçka, 9-pen.
 
Atalanta – Sampdoriya 2:0
Qol: Toloy, 75. Muriel, 85.
 
Bolonya – Sassuolo 1:2
Qol: Barrov, 90+1 – Berardi, 41. Haraslin, 57.
 
Torino – Breşiya 3:1
Qol: Mateyu, 48-öz qapısına. Belotti, 58. Zaza, 86 – Torreqrossa, 21.
 
9 iyul
 
21:30 SPAL – Udineze
23:45 Verona – İnter

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest