Madrid "Real"ının futbolçusu Vinisius Juniorun koronavirusa yoluxma şübhəsi yaranıb.
 
Matc.az xəbər verir ki, bunu komandanın baş məşqçisi Zinəddin Zidan "Marca"ya açıqlamasında deyib.
 
O bildirib ki, braziliyalı hücumçudan təkrar test götürülüb: "Həkim mənə dedi ki, Vinisiusdan götürülən analizdə anormallıq var. İkinci dəfə test verib, cavabı günortadan sonra  deməlidirlər. Hərdən belə də olur ki, test düzgün göstərmir. Amma istənilən halda futbolçu bu vəziyyətdə məşq edə bilməz. ümid edirəm ki, Vinisius sağlamdır və sabah komanda ilə hazırlıqda iştirak edə biləcək".
 
Qeyd edək ki, "Real"ın La Liqada növbəti oyununu iyulun 10-da evdə "Alaves"ə qarşı keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest