Hələlik qeyri-rəsmi olaraq UEFA Avropa Liqası-2 (UAL-2) adlanan Çempionlar Liqası və Avropa Liqası formatını xatırladacaq. Qrup mərhələsində 32 klub iştirak edəcək.

UEFA-nın İcraiyyə Komitəsinin iclası keçirilib. Matç.az saytı xəbər verir ki, İrlandiyanın paytaxtı Dublindəki yığıncaqda bir sıra vacib qərarlar qəbul olunub.

2021-24-cü illərin klub turnirlərini müzakirə edən qurum yeni yarışın təşkilini təsqidləyib.

* Hələlik qeyri-rəsmi olaraq UEFA Avropa Liqası-2 (UAL-2) adlanan çempionlar Liqası və Avropa Liqası formatını xatırladacaq. Qrup mərhələsində 32 klub iştirak edəcək.

* 8 qrupun hərəsində 4 komanda mübarizə aparacaq. Qrup qalibləri 1/8 finala yüksələcək. 2-ci yer sahibləri isə Avropa Liqasının qruplarında 3-cü olanlarla 1/8 finala çıxmaq üçün oynayacaq.

* UAL-2-nin 15 oyun günündə 141 qarşılaşma keçiriləcək.

* UAL-2-nin matçları Avropa Liqası kimi cümə axşamları baş tutacaq.

* UAL-2-nin qalibi növbəti mövsümdə Avropa Liqasının qrupunda oynamaq hüququ qazanacaq.

* Bütün turnirlərin finalları eyni həftədə keçiriləcək. çərşənbə günü UAL-2, cümə axşamı Avropa Liqası, şənbə günü çempionlar Liqasının finalı baş tutacaq.

* UAL-2 ən azı 34 ölkənin avrokubokların qrupunda oynamasını təmin edəcək. İndi bu rəqəm 26-dı.

* Bütün ölkələr hər üç turnirdə təmsil oluna biləcək. ölkələrin kvota sayı indiki kimi qalacaq.

* 2021-24-cü illərdə klubların avrokuboklardakı qazancı, yeni turnirin adı və UEFA reytinqində necə hesablanması və digər detallar 2019-cu ildə dəqiqləşəcək.

* çempionlar Liqasının formatı və iştirakçı sayında dəyişiklik edilməyəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest