"Tottenhem"in baş məşçqisi Joze Mourinyo İngiltərə mətbuatına geniş müsahibə verib. Matc.az xəbər verir ki, portuqaliyalı mütəxəssis London klubundakı gələcəyindən danışıb:

"Tottenhem" uzun müddət kubok qazana bilməyib? Yurgen Klopp "Liverpul"a gəldikdən 4 il sonra titul qazana bildi. Bununla yanaşı, onlar dünyanın ən yaxşı qapıçılarından biri və əla mərkəz müdafiəçisi ilə anlaşdılar. Mən müqaviləm davam etdikcə burada çalışacam. ümid edirəm ki, bu üç ildə "Tottenhem" kubok qazanacaq. Düzdür, bunun əksi də ola bilər. Ancaq ən azından klubda yeni bir dönəm yaradılacaq. Hazırda işləməyə davam edirəm, özüm haqqında düşünmürəm. İlk gündən işə başladığım üçün xoşbəxtəm. Komandada bəzi dəyişikliklər edə biləcəyimizə inanıram. Bunun üçün böyük sərmayəyə ehtiyacımız yoxdur. Nəzərə alınmalıdır ki, dünyanın ən yaxşı stadionu və klub bazasına sahibik. Bunun üçün böyük məbləğdə pullar xərclənib. Gələn mövsümdə bəzi xoşagəlməz halların olacağını düşünmürəm. Hər şey başqa cür olmalıdır".

Qeyd edək ki, "Tottenhem" 34 turdan sonra 49 xalla 9-cu pillədədir.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest