Futzal üzrə Yüksək Liqada növbəti təyinatlar müəyyənləşib. Matç.az Azərbaycan Futzal Federasiyasının saytına istinadən xəbər verir ki, XII turun oyunlarının hakimləri və hakim-inspektorları açıqlanıb.
Turun mərkəzi qarşılaşması Azər Əsgərova həvalə edilib. O, "Araz"la "Neftçi"nin duelində baş hakim olacaq.
Yüksək Liqa
XII tur
5 dekabr
12:30. Yasamal FK – Yasamal İSK
Hakimlər: Anar Fərəcov, Elman Musayev, Yusif Hüseynov
Hakim-inspektor: Füzuli Nəcəfov
Bakı İdman Sarayı
14:30. Araz – Neftçi İK
Hakimlər: Azər Əsgərov, Hikmət Qafarlı, Kənan Məlikov
Hakim-inspektor: Asim Xudiyev
Bakı İdman Sarayı
16:30. EKOL – Liman
Hakimlər: Elçin Səmədli, Rahin Heybətov, Vaqif Musayev
Hakim-inspektor: Murad Məmmədov
Bakı İdman Sarayı