Futbol üzrə Rusiya Premyer Liqasında 28-ci turun oyunları keçirilib.
 
Matc.az xəbər verir ki, azərbaycanlı futbolçu Azər Əliyevin formasını geyindiyi "Ufa" da növbəti oyununa çıxıb.
 
Sözügedən komanda səfərdə Moskva "Lokomotiv"i ilə qarşılaşıb. Başqırdıstan təmsilçisi bu oyundan heç-heçə ilə ayrılıb - 1:1.
 
Azər bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.
 
"Ufa" 28 oyuna topladığı 37 xalla 16 kollektiv arasında 6-cı pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest