Avstriyanın Şpilberq avtodromunda "Formula 1" üzrə Ştiriya qran-prisi keçirilib.
 
Matc.az xəbər verir ki, mövsümdə ikinci mərhələsinin qalibi adını "Mercedes" pilotu Lüis Hemilton olub. 
 
Onun komanda yoldaşı Valtteri Bottas ikinci, "Red Bull" üzvü Maks Ferstappen üçüncü yeri tutub. 
 
71 dövrəlik mübarizəni 20 pilotdan 17-si başa çatdıra bilib. 
 
İlk iki mərhələdən sonra Bottas 43 xalla birinci, Hemilton 37 xalla ikinci, "Mclaren" pilotu Lando Norris 26 xalla üçüncü pillədə qərarlaşıb. Konstruktorlar Kubokunda isə "Mercedes" komandası 80 xalla liderdir. "McLaren" 39 xalla ikinci, "Racing Point" 22 xalla üçüncüdür. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest