Futbol üzrə Türkiyə Super Liqasında 32-ci turun oyunları keçirilir.
 
Matc.az xəbər verir ki, bu gün daha üç qarşılaşma baş tutub.
 
Avropa Liqasına vəsiqə qazanmaq üçün mübarizə aparan "Fənərbaxça" bu turda turnir cədvəlinin 3-cüsü "Sivasspor"la üz-üzə gəlib. İstanbul klubu bu görüşdə məğlubiyyətlə üzləşib.
 
7 oyun idi qələbəyə həsrət alan "Qalatasaray" isə "Ankaragücü"nün qonağı olub. Son çempion ardıcıl üçüncü məğlubiyyətini alıb.
 
Türkiyə Super Liqası
32-ci tur
11 iyul
 
Göztəpə – Gənclərbirliyi 1:3
Qol: A.öztürk, 90+1 – Sio, 33. Stanku, 45+2. Sessenyon, 75.
 
12 iyul
 
Ankaragücü – Qalatasaray 1:0
Qol: Skarione, 62-pen.
 
Antalyaspor – Alanyaspor 1:0
Qol: Yahoviç, 22.
 
Fənərbaxça – Sivasspor 1:2
Qol: D.Turuç, 27 – Kone, 9-pen. E.Kılınç, 44.
 
13 iyul
 
19:30 Kasımpaşa – Rizəspor
19:30 Kayserispor – Qaziantep
22:00 Dənizlispor – Trabzonspor
22:00 Konyaspor – Başakşəhər
22:00 Yeni Malatyaspor – Beşiktaş

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest