Fransa Liqa1-nin XV turunda "Bordo" ilə qarşılaşan PSJ cari mövsüm ilk dəfə xal itirib (2:2). Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, parislilərin hücumçusu Neymar bu görüşdə növbəti dəfə fərqlənib.
 
34-cü dəqiqədə hesabı açan braziliyalı superulduz çempionatın son 32 oyununda 30-cu qoluna imza atıb. Bu, Liqa1-də son 45 ilin ən yaxşı göstəricisidi. "Sambaçı" bu mövsüm liqada keçirdiyi 12 oyunda 11 qol, 6 məhsuldar ötürmə ilə yadda qalıb.
 
PSJ-nin digər hücumçusu Kilian Mbappe isə komandasının digər qolunun müəllifi olub. Bununla cari mövsüm ölkə çempionatında 12-ci qoluna imza atan 19 yaşlı futbolçu Top-5 liqaların ən məhsuldar üzvüdü.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest