"Barselona"nın hücumçusu Antuan Qrizmann karyerasında ilk dəfə əzələ zədəsindən əziyyət çəkib. Matc.az xəbər verir ki, fransalı futbolçu beş il keçirdiyi "Atletiko"da cəmi bir matçı zədə səbəbindən buraxıb.

AS nəşri "Barselona"dakı məşq sisteminin düzgün olmadığını yazır. Daha əvvəl yarımmüdafiəçi Frenk de Yonka da klub həkimləri tərəfindən düzgün diaqnoz qoyulmayıb. Hətta holandiyalı oyunçu müalicəsi üçün ölkəsinə gedəcəyini bildirmişdi.

Qeyd edək ki, daha öncə də "Barselona"da məşq sistemi və həkimlərin fəaliyyəti tənqid olunurdu. Hətta  komandanın başına keçəcəyi gözlənilən Xavi Hernandes də klubdakı həkimlərin dəyişməsini tələb etidiyi bildirilirdi.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest