"Beşiktaş"ın futbolçusu Mehmet Umut Nayir koronavirusa qalib gəlib.
 
Matc.az xəbər verir ki, 27 yaşlı türkiyəli hücumçu bu barədə sosial şəbəkə hesabında məlumat yayıb:
 
"İyunun 24-də pozitiv çıxan koronavirus testim bu gün (dünən – red.) ilk dəfə neqativə döndü. "Keçmiş olsun" diləklərinizə görə hamınıza təşəkkürümü bildirirəm".
 
O, tam sağalmasına baxmayaraq, mövsümün qalan hissəsində də meydana çıxmayacağını bəyan edib:
 
"Türkiyə Futbol Federasiyası tərəfindən hazırlanan tibbi protokollara əsasən, meydana dönməyim üçün 5 günlük fasilə ilə ardıcıl 3 analimizin nəticəsi neqativ çıxmalıdı. Bu isə o deməkdi ki, mövsümün qalan hissəsində komanda ilə meydanda ola bilməyəcəm".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest